Xəbər axtarın

Son axtarış nəticələri:

Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edildi

18.02.2026 12:00

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi aşkar edərək götürüblər.

Paylaş: