Xəbər axtarın

Son axtarış nəticələri:

Qaqik Tsarukyanın evində axtarış aparılır

19.02.2026 22:20

İş adamı, sabiq deputat və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.

Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası iş adamının vəkilinə istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, ittihamlar Tsarukyanla əlaqəli deyil və 2020-ci ildə Arinj bələdiyyəsinin keçmiş vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi ilə bağlıdır.

“İş üzrə bəzi torpaq sahələrinin ekspertizasını aparmaq lazım gəlib və bu sahələrdən bəziləri Tsarukyanın mülkiyyətində olan ərazilərlə üst-üstə düşür”, – vəkil əlavə edib.

Qeyd edək ki, Qaqik Tsarukyanın barəsində cinayət işi açılıb, Ermənistandan çıxışına qadağa qoyulub.

Paylaş: