Xəbər axtarın

Son axtarış nəticələri:

Qatarda sərnişinlərə kitab hədiyyəsi davam edir - FOTO

21.02.2026 22:23


Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan layihəsi yenidən sərnişinlərlə görüşüb. Layihə çərçivəsində qatarlarda kitab hədiyyəsi ənənəsi uğurla davam etdirilir.

Primeinfo.az-a bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, Bakı–Qazax, Bakı–Ağstafa və Bakı–Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda şənbə günləri sərnişinlərə kitablar təqdim olunur.

Bu təşəbbüs sayəsində sərnişinlərin səfəri yeni səhifələrlə daha mənalı və yaddaqalan olur.

Bir kitabın bəzən ən gözəl yol yoldaşı olduğunu vurğulayan təşkilatçılar bu dəyəri sərnişinlərlə paylaşmağa davam edirlər.

Paylaş: