Xəbər axtarın

Son axtarış nəticələri:

Ramanada uşaq evində 2 yaşlı uşaq qızılcadan ölüb

16.02.2026 12:44

Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Paylaş: