
Rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar.
Primeinfo.az-ın xəbərinə görə, onların ifadələri alınıb, aralarında barışıq əldə olunub.
Orxan Saffari APA-ya “xoşagəlməz məsələnin polislərin iştirakı ilə sonlandığını” qeyd edib.
Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb O.Saffarinin K.Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra K.Mahmudov yazıçınıın haqqında təhqiramiz ifadələr işlədib.