
“Rusiya ordusu son bir ildə heç bir faiz də ərazi işğal edə bilməyib. Ona görə də PUA və raket hücumlarından istifadə etməklə şəhərləri, yaşayış məntəqələrini dağıdıb infrastrukturu sıradan çıxarmaq, bununla da Ukraynanı təslim etmək istəyirlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynada hesabları tutmadı. Rusiya hansısa əraziləri işğal edib nəzarətdə saxlaya bilər, amma bu, yekun qələbə deyil.
Davamı “Qırmızı masa”da: