Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya və Türkiyədən gənc qızlar oğurlanıb - "Epşteyn işi" 

03.02.2026 15:53


ABŞ-də maliyyəçi Ceffri Epşteyn işi üzrə bir sıra sənədlər dərc olunub.

Primeinfo.az-ın Modern.az-a istinadən xəbərinə görə, dərc olunan sənədlərdən aydın olur ki, o, Türkiyə, Rusiya, Çexiya və bir sıra Asiya ölkələrindən olan yetkinlik yaşına çatmayan qızları cinsi istismar üçün oğurlayıb. Həmin qızların çoxunun ingilis dilində az danışdığı və ya heç danışmadığı məlumdur.

Bundan əlavə, iddia edilir ki, onun cinsi istismarından kənarda qalan yeganə qrup afroamerikalı qadınlar idi.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ məhkəməsi Epşteyn işi ilə bağlı təxminən min səhifəlik məhkəmə sənədlərini yayımlayıb.

Məşhurları və dövlət məmurlarını özəl adasına gətirməsi ilə tanınan amerikalı maliyyəçi yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə bağlı istintaq altında idi.

2019-cu ildə o, federal həbsxanada olarkən intihar edib.

Paylaş: