
22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Primeinfo.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar işlərin görülməsidir.
Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.