Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə "narkotik işi": Edis də saxlanıldı

17.02.2026 18:25

Türkiyəli müğənni Edis Görgülü də narkotiklə bağlı istintaq işi çərçivəsində saxlanılıb.

Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis idarəsinə ifadə vermək üçün çağırılan ifaçı üçün saxlanılma qərarı çıxarılıb.

Qeyd edək ki, bu gün məşhur müğənni Murat Dalkılıç, “Duman” rok qrupunun solisti Kaan Tangöz, aktyor İsmail Hacıoğlu və stilist Kemal Doğulu da daxil olmaqla 17 nəfər tutulub.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı “narkotik işi” çərçivəsində çox sayda məşhur həbs olunub.

 

Paylaş: