Xəbər axtarın

Son axtarış nəticələri:

"Ukraynaya gecə 129 zərbə PUA-sı ilə hücum edilib" - Zelenski

11.02.2026 13:26


“Dünən gecə Rusiya ordusu Ukrayna ərazisinə ümumilikdə 129 zərbə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib”.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində bildirib.

“Ümumilikdə axşam saatlarından etibarən Ukrayna ərazisinə 129 zərbə pilotsuz uçuş aparatı ilə hücum edilib, onların əhəmiyyətli hissəsi “Shahed” tipli dronlardır. PUA-lar xüsusilə Zaporojye və Sumı vilayətlərinə zərbə endiriblər. Bu gün səhər pilotsuz uçuş aparatı ilə Zaporojyedə xəstəxanaya hücum edilib. Sumı vilayətində isə gecə saatlarında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində altı nəfər, o cümlədən uşaqlar xəsarət alıb”.

Zelenski PUA hücumları nəticəsində bir nəfərin həlak olduğunu qeyd edib.

“Konotopda dəmiryolu deposu da hücuma məruz qalıb, yanğınsöndürmə qatarı zədələnib”, – o əlavə edib.

Həmçinin Dnepr, Zaporojye və Poltava vilayətlərinə də zərbələrin endirildiyi bildirilir.

Paylaş: