
“Yaxın 2-3 gün ərzində Azərbaycanda hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir”.
Bu sözləri Primeinfo.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ancaq yaxın günlərdə kəskin hava şəraiti, o cümlədən qar və çovğun proqnozlaşdırılmır”, – Gülşad Məmmədova qeyd edib.