Xəbər axtarın

Son axtarış nəticələri:

41 nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir

19.03.2026 21:39

Martın 23-dən paytaxtın Binəqədi qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə 15 yeni “İsuzu” markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda gedişhaqqı 0.60 AZN müəyyən edilib.

Paylaş: