Xəbər axtarın

Son axtarış nəticələri:

Buzovnada gizlədilən silah TAPILIB

19.03.2026 13:21

Buzovna qəsəbəsində gizlədilən silah aşkar edilərək götürülüb.

Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində əsas yoldan kənarda daşların arasında gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş: