Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib

18.03.2026 22:42

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.

Primeinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Ceyhun Bayramovu Kral Xalid Beynəlxalq Hava Limanında bu ölkənin xarici işlər nazirinin müavini Vəlid əl-Xarici qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Paylaş: