Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "Ankara böhranın bölgəyə yayılmasının qarşısını almağa çalışır"

18.03.2026 10:53

“İran ətrafındakı münaqişə regional təhlükəsizliyə ciddi problem yaradır”.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kanadanın xarici işlər naziri Anita Anand ilə Ankarada birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların coğrafiyası günbəgün genişlənir. Hazırkı vəziyyətdə Ankara böhranın yayılmasının qarşısını almağa çalışır:

“Baş verənlərin qarşısı alınmazsa, mənfi təsir həm region ölkələri arasındakı münasibətlərə, həm də ümumilikdə qlobal nizama mənfi təsir göstərəcək.

Hazırda Livanın da “müharibə meydanına” çevrilməməsi vacibdir”.

Paylaş: