
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorları ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində bildirib.
Hikmət Hacıyev görüş zamanı səmərəli fikir mübadiləsi apardıqlarını qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə görə, bu, “Nordic-Baltic Eight (NB8)” ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorlarının Azərbaycana ikinci belə səfəridir.
O, “Nordic-Baltic Eight (NB8)” ölkələri ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin davamlı şəkildə inkişaf etməsindən məmnunluğunu vurğulayıb.
I had fruitful exchange with the political directors from the Nordic and Baltic States – NB8. It is the 2nd of such visit by NB8 to Azerbaijan and we are pleased that political dialogue and consultations continue to grow between NB8 and Azerbaijan. pic.twitter.com/B3Xqy9RUiS
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 19, 2026