Xəbər axtarın

Son axtarış nəticələri:

İki şər üz-üzə - seçim hansıdır? – Aygün Muradxanlıdan ŞOK DETALLAR – VİDEO

18.03.2026 17:38

“İki şeytan” savaşırsa, deməli, biri mütləq yaxşıdır? Axı bu “şeytan”ın – fars-molla rejiminin türklüyə qarşı çıxarmadığı hoqqa, insanlarımıza vermədiyi əzab, işgəncə qalmayıb”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

O, İran molla rejimini dəstəkləyənləri tənqid edib:

“İran fars-molla rejimi öz hüquqlarını müdafiə edən insanlarımıza o qədər amansız, iyrənc metodlarla mübarizə aparıb ki. Telefonunun üz qapağına Atatürkün şəklini vuran qadınlar həbsxanaya atılıb. Türk bayrağı gəzdirdiyinə, bozqurd işarəsini göstərdiyinə görə işgəncələrə məruz qalıblar. Yaxşı, bəs onda Tehran rejimi niyə belə müdafiə olunur?

Yəni, gerçəkdənmi bunlar bilincsiz şəkildə edilir? Doğrudanmı, bu orta çağda bizim beynimizdə hələ də şiə-sünni, Çaldıran döyüşü məsələsi qalıb?”

Davamı “Qırmızı masa”da:

Paylaş: