Xəbər axtarın

Son axtarış nəticələri:

İran İsrailin Təhlükəsizlik Nazirliyinə zərbə endirib

19.03.2026 16:07

İran ordusu kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətibinin öldürülməsinə cavab olaraq İsraildə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb.

Primeinfo.az xəbər verir ki, bu barədə İran ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, İsrailin Milli Təhlükəsizlik Nazirliyi, Təl-Əvivdə yerləşən “Kanal 13”, həmçinin “Ərər” hərbi bazasında Quru Qoşunlarının bina və obyektlərinə dron zərbələri endirilir.

İran ordusu İsrailin Milli Təhlükəsizlik Nazirliyini “böhran idarəçiliyinin mərkəzi”, “Kanal 13”-ü “İrana qarşı psixoloji əməliyyatların qollarından biri” və Suriya və Livan sərhədləri yaxınlığındakı “Ərər” bazasını isə “rejimin gözü” adlandırıb.

Paylaş: