Xəbər axtarın

Son axtarış nəticələri:

İranda öldürülmüş şəxslərin yerinə YENİ TƏYİNATLAR - FOTO

19.03.2026 12:11


Hüseyn Dehqan Əli Laricaninin yerinə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Primeinfo.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

Bildirilir ki, Hüseyn Dehqan daha əvvəl müdafiə naziri vəzifəsində çalışıb, eləcə də ali liderin müdafiə sənayesi üzrə müşaviri olub.

Həmçinin Mustafa Purməhəmmədi İsmail Xatibin yerinə kəşfiyyat naziri (ETTELAAT) təyin edilib.

Qeyd edilib ki, Mustafa Purməhəmmədi təhlükəsizlik xidmətlərində, o cümlədən daxili işlər naziri, baş prokuror, ədliyyə naziri və Təhlükəsizlik Nazirliyinin xarici kəşfiyyat rəhbəri vəzifələrində çoxillik təcrübəyə malikdir.

Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin aviazərbələri nəticəsində öldürülüb. Həmçinin ölkənin kəşfiyyat naziri Seyid İsmayıl Xatib İsrailin hücumu zamanı həyatını itirib.

 

Paylaş: