Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail HAMAS-ın yüksək rütbəli kəşfiyyat komandirini öldürüb

19.03.2026 14:11

HAMAS-ın Xan Yunis briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Saleh dünən Qəzzada İsrail ordusunun əməliyyatı nəticəsində öldürülüb.

Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

“Məhəmməd Əbu Saleh dəqiq zərbə nəticəsində öldürülüb. Hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görülüb”, – məlumatda qeyd olunub.

Məhəmməd Əbu Salehin 7 oktyabr hücumlarında iştirak etdiyi vurğulanıb.

Paylaş: