
Əli Laricaninin ölümü İranda hakimiyyətin sabitliyinə təsir etməyəcək”.
Primeinfo.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ya müsahibəsində deyib.
“ABŞ və İsrail hələ də başa düşməyiblər ki, İslam Respublikası güclü siyasi struktura malikdir. Bir nəfərin mövcudluğu və ya yoxluğu bu struktura təsir etmir. Əsas amil ayrı-ayrı şəxslər deyil, sistemin özünün möhkəmliyidir”, – deyə o əlavə edib.