Xəbər axtarın

Son axtarış nəticələri:

“Qalatasaray” bu gün “Liverpul”la qarşılaşacaq - ÇL

18.03.2026 11:06

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşlərinə yekun vurulacaq.

Primeinfo.az xəbər verir ki, “Barselona” evdə “Nyukasl”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Türkiyənin “Qalatasaray” komandası isə səfərdə “Liverpul”un (İngiltərə) qonağı olacaq. Bu qarşılaşma gecə saat 00:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

18 mart

21:45. “Barselona” (İspaniya) – “Nyukasl” (İspaniya) (ilk oyun – 1:1)

00:00. “Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) (ilk oyun – 0:1)

00:00. “Bavariya” (Almaniya) – “Atalanta” (İtaliya) (ilk oyun – 6:1)

00:00. “Tottenhem” (İngiltərə) – “Atletiko Madrid” (İspaniya) (ilk oyun – 2:5).

Qeyd edək ki, daha əvvəl PSJ (Fransa), “Real Madrid” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) 1/4 finala yüksəliblər.

Paylaş: