
“Laricaninin, kəşfiyyat nazirinin və “Bəsic” komandanının ölümü rejimin liderləri arasında da müəyyən panika yaradır. Artıq hər kəs öz həyatı ilə bağlı qorxu yaşamaqdadır, hər kəs öz canının hayındadır. Bu da dövlət aparatında müəyyən xaos vəziyyətinə gətirə bilər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, bütün bunlar rejimin zəifləməsi üçün şərait yaradır:
“Digər tərəfdən də, artıq intellektual şəxslər əvəzinə SEPAH-ın daha başı boş generallarının önə çıxmasına şərait yaradacaq ki, bu da İranda radikalizmi artıracaq”.
Davamı “Qırmızı masa”da: