
İranın şimal-qərbində yerləşən Təbriz şəhərində çoxsaylı partlayışlar baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, Təbrizin müxtəlif rayonları intensiv hava hücumlarına məruz qalır. Son saatlarda şəhərdə 20-dən çox güclü partlayış qeydə alınıb.
Zərər və ya mümkün itkilərlə bağlı məlumat verilməyib.