Şəkinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təxliyə edilib. DSX-nin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, 1979-cu il təvəllüdlü Kramer Anne Hestler avqustun 29-da Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb. DSX-nin helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. FHN-dən Primeinfo.az-a bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Meşə yanğınları səbəbindən İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində 116 mindən çox şəxs təxliyə edilib.
Filippinin Luson adasının cənub-şərqində yerləşən Mayon vulkanının püskürməsi nəticəsində 30 mindən çox ailə zərər çəkib. Primeinfo.az xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Dieqo Mariano məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, 1,4 minə yaxın ailə artıq təxliyə mərkəzlərində yerləşdirilib.
İsrail ordusu bu gün Livanın cənubunda yerləşən 11 şəhər və kəndin sakinlərinə təcili xəbərdarlıq edərək evlərini tərk etməyə çağırıb. Primeinfo.az xəbər verir ki,sakinlərə evlərindən ən azı 1000 metr uzaqda açıq ərazilərə keçməyə çağırıb. Ordunun yaydığı məlumatda bildirib ki, atəşkəs razılaşmasını pozan “Hizbullah”a qarşı əməliyyatlar həyata keçirirlər.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir. Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17-si azyaşlı olmaqla 166 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.
Pentaqon İranın zərbələri səbəbindən ABŞ qoşunlarını Yaxın Şərqdəki bəzi bazalardan təxliyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb. Məlumata görə, İran Bəhreyndəki bazaya raket və dronlarla zərbə endirdikdən sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə olunub.
Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Dağıstanda güclü yağışlar səbəbindən su basan ərazilərdən 3338 nəfər təxliyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Həmin şəxslərdən 1033 nəfərinin uşaq olduğu bildirilib.