İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb. ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu gün 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb. Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.