Xəbər axtarın

Son axtarış nəticələri:

6 marşrut avtobusun hərəkət sxemi dəyişdirildi - AYNA

06.04.2026 17:38

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Dəyişikliyə səbəb Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Nəticədə 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.

Paylaş: