
ABŞ və İsrail İranın Əlburz əyalətinin yaşayış məntəqələrinə hava zərbələri endirib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi əyalət rəhbərinin müavini Qüdrətullah Seyfə bildirib.
Onun sözlərinə görə, bu zərbələr nəticəsində 18 nəfər, o cümlədən 2 uşaq həlak olub. Daha 24 nəfər yaralanıb.
Qeyd edək ki, aprelin 7-nə keçən gecə İranın bütün ərazisində silsilə partlayışlar baş verib. Tehran ətrafındakı yaşayış məntəqələrində – Kərəc, Şəhriyar və Pərdis şəhərlərində bir neçə dəqiqəlik intervalla partlayış səsləri eşidilib.
Həmçinin İranın cənub sahilləri boyunca strateji əhəmiyyətli hərbi obyektlərin yaxınlığında da aktivlik müşahidə olunub. Hörmüz boğazı yaxınlığındakı Cask limanında hərbi-dəniz zonasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirildiyi, Çabaharda isə Şəhid Kalantari və Tis limanları ilə yanaşı “İmam Əli” bazasının yaxınlığında partlayışların baş verdiyi bildirilir.