
2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə edilib.