
ABŞ və İsrailin Tehranın şərqində yerləşən İranın Pərdis şəhərinə hava hücumları nəticəsində ən azı 6 nəfər həlak olub.
Primeinfo.az bu barədə “Mehr” xəbər agentliyinə istinadən məlumat verir.
Bildirilib ki, ölənlər arasında 3 uşaq da var.
Hücum nəticəsində Tehranda fəaliyyət göstərən sinaqoqlardan birinin binasına da ziyan dəyib.
Qeyd edək ki, aprelin 7-nə keçən gecə İranın bütün ərazisində silsilə partlayışlar baş verib. Tehran ətrafındakı yaşayış məntəqələrində – Kərəc, Şəhriyar və Pərdis şəhərlərində bir neçə dəqiqəlik intervalla partlayış səsləri eşidilib.
Həmçinin İranın cənub sahilləri boyunca strateji əhəmiyyətli hərbi obyektlərin yaxınlığında da aktivlik müşahidə olunub. Hörmüz boğazı yaxınlığındakı Cask limanında hərbi-dəniz zonasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirildiyi, Çabaharda isə Şəhid Kalantari və Tis limanları ilə yanaşı “İmam Əli” bazasının yaxınlığında partlayışların baş verdiyi bildirilir.