Xəbər axtarın

Son axtarış nəticələri:

İranda neft-kimya zavodunda yanğın baş verib

06.04.2026 19:47

İran mətbuatı İranın Əsəluyə şəhərindəki “Cənubi Pars” neft-kimya kompleksində partlayışlar barədə məlumat verib.

Primeinfo.az-ın məlumatına görə, bu barədə “Fars News” agentliyi məlumat yayıb.

Hücum Əsəluyə bölgəsindəki bütün neft-kimya müəssisələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Baş verən yanğın lokallaşdırılıb.

Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələri İranın ən böyük neft-kimya zavodunu sıradan çıxarıb.

“Əsəluyənin neft-kimya müəssisələrini elektrik enerjisi, su və oksigenlə təmin edən “Mobin” və “Damavand” şirkətləri hücuma məruz qalıb, buna görə də həmin şirkətlərin fəaliyyəti bərpa olunana qədər Əsəluyənin bütün neft-kimya müəssisələri elektrik enerjisiz qalacaq”, – agentlik bildirib.

Paylaş: