Xəbər axtarın

Son axtarış nəticələri:

İrandan müharibənin sona çatması üçün 10 maddəlik TƏKLİF PAKETİ

07.04.2026 11:29

Son günlər döyüş meydanında əldə olunan uğurların ardından İran, savaşın sona çatması ilə bağlı 10 maddədən ibarət təklif paketini və şərtlərini təqdim edib.

Primeinfo.az “Tesnim”ə istinadən xəbər verir ki, İran bu təklifləri son günlər döyüş meydanında qazandığı üstünlükləri nəzərə alaraq Pakistan tərəfinə göndərib.

Keçmiş təcrübələri nəzərə alan İran atəşkəsi rədd edib və ölkənin həssaslıqlarını qoruyaraq müharibənin daimi olaraq sona çatdırılmasının vacibliyini vurğulayıb.

Təklif paketinə bölgədəki münaqişələrin sona çatdırılması, Hörmüz Boğazından təhlükəsiz keçid protokolu, yenidənqurma və sanksiyaların ləğvi kimi bir sıra İran tələbləri daxildir.

Qeyd edilir ki, bu addım İranın orta və qərb bölgələrində şənbə və bazar günləri yaşanan hadisələr, ABŞ-nin hava endirmə əməliyyatının uğursuzluqla nəticələnməsi ilə əlaqəlidir.

 

Paylaş: