Xəbər axtarın

Son axtarış nəticələri:

Lukaşenko: “Ermənistanla ehtiyatlı olmalıyıq”

06.04.2026 15:38

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli olmalıdır.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Lukaşenko bu haqda KTMT-nin baş katibi Taatbek Masadıkovla görüşündə bildirib.

“Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan KTMT-nin işini dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ermənistandakı vəziyyət çox çətindir.

“Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq”, – deyə o bildirib.

Keçən həftə, 1 aprel tarixində, Vladimir Putin və Nikol Paşinyan Moskvada Ermənistan-KTMT münasibətləri ilə bağlı mübahisəli fikirlərini açıqlayıblar.

Paylaş: