
“İranın yeni Ali Lideri Müctəba Xamneyinin vəziyyəti ağırdır və Qum şəhərində müalicə alır”.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Qəzet ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanan sənədi əldə edib. Sənəddə bildirilir ki, Ayətullah Əli Xamneyinin oğlu Müctəba Xamneyi huşsuz və ağır vəziyyətdədir və heç bir qərar qəbuletmə prosesində iştirak edə bilmir.
Sənəddə deyilir ki, Müctəba Xamenei Qum şəhərində müalicə alır.
Beləliklə sənəd Müctəba Xamneyinin yerinin açıqlandığı ilk sənəd hesab olunur.