Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Ceceli, Bengü və digər məşhurlar SAXLANILDI

07.04.2026 12:03

Bu gün səhər saatlarında İstanbulda “narkotik araşdırması” çərçivəsində yeni əməliyyat həyata keçirilib.

Bu barədə Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir.

İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tanınmış şəxslərin də daxil olduğu 9 şübhəli haqqında saxlanılma, axtarış və müsadirə qərarı verilib.

Məlumata görə, narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanılması, istifadəsi və təmin edilməsi ittihamları üzrə toplanmış dəlillər əsasında eyni vaxtda əməliyyatlar keçirilib.

Saxlanılan məşhurlar arasında Mustafa Ceceli, Bengü, Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan da var.

Paylaş: