
Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir.
Primeinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür.
Yaxın günlərdə muzeylərin adıçəkilən xidmətin tabeliyinə verilməsi nəzərdə tutulur.