Xəbər axtarın

Son axtarış nəticələri:

Rus general uçaq qəzasında ÖLDÜ

06.04.2026 12:59


Martın 31-də Krımda An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya Şimal Donanmasının 45-ci ordusunun və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Otroşenko da ölüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis deyib.

“Ötən həftə faciə baş verdi: Şimal Donanmasının hərbçiləri Krımda təyyarə ilə qəzaya uğradılar. Təəssüf ki, onların arasında dəniz aviasiyasının komandiri Aleksandr İvanoviç Otroşenko da var idi”, – Çibis bildirib.

Qeyd edək ki, martın 31-də Rusiya Müdafiə Nazirliyinin An-26 hərbi nəqliyyat təyyarəsi Krımın hava məkanında qəzaya uğrayıb. Təyyarənin idarəetməni itirərək qayalara çırpıldığı bildirilib.

Nəticədə 7-si ekipaj üzvü olmaqla 30 nəfər ölüb.

 

Paylaş: