Xəbər axtarın

Son axtarış nəticələri:

"Sizə cəhənnəmi yaşacadağam!" - Tramp İranı HƏDƏLƏDİ

06.04.2026 12:50

ABŞ Prezidenti Donald Tramp İranı saziş bağlamayacağı və ya Hörmüz boğazını açmayacağı təqdirdə 48 saat ərzində “cəhənnəm yaşatmaq”la hədələyib.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə Donald Tramp “Truth Social” platformasında yazıb.

“Xatırlayırsınız, İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt vermişdim? Vaxt tükənir, əsl cəhənnəmi yaşamalarına 48 saat qalıb. Prezident Donald Tramp”, – deyə o yazıb.

ABŞ Prezidenti “The Wall Street Journal” qəzetinə müsahibəsində isə bildirib ki, İslam Hörmüz boğazından gəmilərin sərbəst keçməsinə icazə verməsə, ABŞ İran ərazisindəki bütün elektrik stansiyalarına və körpülərə zərbələr endirəcək:

“Əgər onlar çərşənbə axşamı axşama qədər heç bir tədbir görməsələr, onların heç bir elektrik stansiyası və heç bir körpüsü qalmayacaq. Vaşinqton çox güclü mövqe tutur. Tehrana bərpa olunması üçün ən azı 20 il lazım olacaq və bu da ən yaxşı haldadır”.

Paylaş: