Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İranın Azərbaycana qarşı PUA hücumlarını PİSLƏYİB

07.03.2026 22:45


ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb.

Primeinfo.az xəbər verir ki, bəyanatda deyilir:

“Amerika Birləşmiş Ştatları 5 mart tarixində İranın Azərbaycan Respublikasına qarşı, Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına gətirib çıxaran səbəbsiz pilotsuz uçuş aparatları ilə hücumunu qətiyyətlə pisləyir.

Bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasıdır.

Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq”, – deyə bəyanatda vurğulanır.

 

Paylaş: