Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Səfirliyi “Qarabağ”ı təbrik etdi

29.01.2026 17:06

ABŞ-ın Azərbaycanakı Səfirliyi “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdur! Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidir. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək və sərhədləri, mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq. Dünyanın dörd bir yanında azarkeşlər üçün futbolun sevincini yaşadacaq daha çox unudulmaz anların olacağına inanırıq!”.

Paylaş: