
ABŞ-nin vitse-prezidenti C.D.Vensin səsi Senatda Konqresin təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiqini qadağan edən qətnamə ilə bağlı səsvermədə həlledici olub (51 səs əleyhinə, 50 səs lehinə).
Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə “The Hill” məlumat yayıb.
Qətnamənin qəbul edilməsi Tramp administrasiyasını Venesuelaya qarşı hərbi güc tətbiqini davam etdirmək üçün Konqresin razılığını almağa məcbur edərdi.
Respublikaçılar Trampı Venesueladakı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasından qoruyublar.
Dekabrın əvvəlində qəbul olunan qətnaməyə görə, prezident müharibə aparmaq və ya hərbi güc tətbiq etmək üçün Konqresdən icazə almalıdır.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin “narkoterrorizm” və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.