
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
Primeinfo.az xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatacaq.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.