Xəbər axtarın

Son axtarış nəticələri:

Aİ rəsmisi Ermənistanı Rusiyaya qarşı sərt sanksiyalara qoşulmağa çağırdı

02.12.2025 22:57

Avropa diplomatiyasının başçısı Kaya Kallas Ermənistanı Rusiyaya qarşı “sərt sanksiyalara” qoşulmağa çağırıb.

Primeinfo.az xəbər verir ki, o, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Ermənistan da daxil olmaqla Aİ tərəfdaşları üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin Aİ qərarları ilə uyğunlaşdırılması səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar Aİ üçün sərtdir, lakin biz buna baxmayaraq tərəfdaşlarımızdan da eyni şeyi istəyirik”, – deyə o qeyd edib.

Eyni zamanda o, Ukraynadakı münaqişənin iqtisadi nəticələrinin “Aİ üçün çox böyük olduğunu” etiraf edib

Paylaş: