Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: Azərbaycanın pulu ilə yaradılan media niyə Putini qoruyur? - VİDEO

30.09.2025 16:14

“Azərbaycanın vəsaiti ilə yaradılan bəzi media qurumlarında, eləcə də Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalında heç də hər zaman regional siyasətdə ölkənin maraqları qorunmur”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

Onun sözlərinə görə, tam əksinə, bəzən bu televiziya kanalının efirində Rusiyanın və Prezidenti Vladimir Putinin maraqları önə keçir:

“Bu, çox absurd bir şəkildə Rusiya-Ukrayna savaşındakı müzakirələr zamanı ortaya çıxır. Paradoksal bir məqam yaranır: sanki Azərbaycanın maliyyə vəsaiti ilə bir televiziya yaradılıb, amma bu televiziya Azərbaycanın maraqlarını qorumur”.

Paylaş: