Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: Rüşvət vermə! Müəllimə hədiyyə aparma! - VİDEO

08.10.2025 13:50

 

“Deyirlər ki, filankəs rüşvət alır. Vermə! Məktəbə aparıb müəllimə hədiyyə vermə!”

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O, rüşvət alan müəllimlərlə yanaşı, rüşvət verən valideynləri də qınayıb. Bildirib ki, bu məsələdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür:

“Əgər 20 nəfər valideyn müəllimə hədiyyə verməsə, o verən şəxslər azlıqda qalacaq. Hər kəs o azlıqda qalanları qınayacaq. Yəni, bu prosesi valideynlər özləri yaradırlar”.

Təhsil sahəsindəki bir sıra problemlərdən söz açan A.Muradxanlı Təhsil Nazirliyinin fəaliyyətini də tənqid edib.

Paylaş: