Xəbər axtarın

Son axtarış nəticələri:

AZAL-ın təyyarə qəzası ilə bağlı AÇIQLAMA

03.12.2025 10:32

2025-ci il dekabrın 3-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarə qəzasının araşdırması ilə bağlı jurnalistlərə açıqlama verib.

Primeinfo.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.

Onun sözlərinə görə, istintaq iki hissəyə bölünüb.

“Birinci – cinayət işi ilə bağlı hissədir və onu Baş Prokurorluq aparır. Bu çərçivədə onlar Rusiya tərəfdaşları ilə əlaqədədirlər. İkinci hissə isə Nəqliyyat Nazirliyi tərəfindən aparılan araşdırmadır və yekun mərhələyə çatıb. Hazırda biz texnologiya sahiblərindən və lisenziya verən qurumlardan son rəyin gəlməsini gözləyirik – aero-naviqasiya cihazları və digər texniki məsələlər. Prinsipcə, Nəqliyyat Nazirliyi tərəfi hazırdır və iş yekunlaşdırılacaq”, – deyə Bozumbaev bildirib.

O əlavə edib ki, araşdırma bu il və ya gələn ilin əvvəlində tamamlana bilər.

“Baş Prokurorluq hissəsi ilə bağlı isə onlar sıx əlaqədədirlər. Burada da irəliləyiş var, siz qonşu dövlətlərin liderlərinin açıqlamalarını görmüsünüz. Ümid edirik ki, gələn il bu hissə də yekunlaşacaq”, – deyə vitse-premyer qeyd edib.

2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Hadisədən 29 nəfər sağ çıxıb.

Paylaş: