
“Azərbaycan hökuməti düşünür ki, ölkənin ən böyük problemi büdcə gəlirlərinin azalmasıdır. Prioritet kimi bunu görür. Düzdür, bu problemdir. Amma nəticədir, səbəb deyil. Yaxşı, nə səbəbdən büdcə gəlirləri azalır?”
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov da qeyd edib ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri hər il azalır:
“Bu gün hər vəchlə çalışırlar ki, büdcə gəlirləri bərpa olunsun. Amma nə qədər çalışılsa da, 2026-cı ilin dövlət büdcəsinin gəlirlərində 0,17 faizdən artıq artım olmadı. Çünki büdcə gəlirlərinin azalmasının kökü iqtisadiyyatdadır. Büdcə iqtisadiyyatın güzgüsüdür. Ölkənin iqtisadiyyatı nə vəziyyətdədirsə, büdcəsi də o vəziyyətdədir”.
İqtisadçılar büdcə gəlirlərinin azalmasının səbəblərini açıqlayıblar.
Davamı “Qırmızı masa”da: