Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda iki bacı dəm qazından boğularaq ölüb

20.01.2026 13:53


Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

Primeinfo.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib.

Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: