Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda TDT Ağsaqqallar Şurasının iclası keçirilib - FOTO

04.11.2025 12:42

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib.

Primeinfo.az xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasının ağsaqqalları iştirak edib.

TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə ağsaqqallı Binali Yıldırımın açılış nitqi ilə başlayan iclasda Azərbaycan ağsaqqalı Həsən Həsənov, Özbəkistan ağsaqqalı Sodiqjon Turdiev, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Apas Cumaqulov və Şimali Kipr Türk Respublikasının ağsaqqalı Oktay Öksüzoğlu, həmçinin TDT Baş katibin müavini Ömer Kocaman çıxış ediblər.

İclasda türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında birliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

O cümlədən, Təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, eləcə də mədəni, sosial və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Paylaş: