
Noyabrın 24-də Cənubi Koreya prezidenti Li Çje Menin Türkiyəyə rəsmi səfəri başlayıb.
Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı prezident sarayında rəsmi mərasimlə qarşılayıb.
Daha sonra dövlət başçılarının ikitərəfli görüşü keçirilib.
Hər iki Prezident qarşılıqlı işbirliyinin genişlənməsində maraqlı olduqlarını bildirib, perspektivləri qiymətləndiriblər.
